Generativ qrammatika
1. Müasir dilçiliyin elə bir istiqamətidir ki, burada linqvistik problem kimi dil strukturunun daxili qanunauyğunluqlarının açılması, öyrənilməsi olmaqla o müəyyən «mexanizm», yaxud «quruluş» kimi təqdim olunur ki, bu nəinki dilin təbii fəaliyyəti prosesində müşahidə olunur, həm də onu sünii yolla elmi təhlil üçün hərəkətə gətirmək olur. Bunun üçün ilkin material almaqla bağlı, hər şeydən öncə, doğru-düzgün cümlələr (müəyyənləşdirmək, inventarlaşdırmaq) modeli tapmaq və onların hər biri üçün bir neçə struktur təsvir vermək lazımdır. 2. Dilin fəaliyyət mexanizmi üzərində dayanan və ona söykənən cümlənin nüvəsindəki məhdud sayda doğru elementar deyimlərə əsaslanan linqvistik model.